• 29 Mart 2024
logo
Çindən Blinkenin səfərini ləğv etməsinə reaksiya

Çindən Blinkenin səfərini ləğv etməsinə reaksiya

Amerika tərəfinin səfəri təxirə salması ilə bağlı müvafiq məlumatı dərc etməsi Vaşinqtonun öz işidir. Biz bu məsələyə sadəcə hörmətlə yanaşmışıq.
Baymedia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"İkitərəfli münasibətlərin yaxşılaşdırılması XİN-nin səlahiyyətlərindən biridir. İlk növbədə bəzi gözlənilməz vəziyyətləri sakit və təhlükəsiz şəkildə həll etmək lazımdır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub. Buna etiraz olaraq Blinken Çinə səfərini təxirə salıb.