• 25 Aprel 2024
logo
Dünya Rusiyadakı bu insanlara yardım etməlidir

Dünya Rusiyadakı bu insanlara yardım etməlidir

Biz Avropa ideyasını, ortaq dəyərlərimizi məhv etməməliyik. Yəni Avropanı istənilən şəxsin girə bildiyi, malı alıb pulunu ödədiyi bir supermarketə çevirməməliyik.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski Latviyanın Rusiyanı terrorun sponsoru kimi tanımasını xatırladaraq, bu siyasəti bütün dünyanın etməli olduğunu bildirib:
"Biz çalışırıq ki, bütün dünya bunu etsin. Bu ədalətlidir... və olacaq! Onların Ukraynada etdiklərindən sonra dünya Rusiyaya yalnız terrorçu dövlət kimi baxa bilər. Yeri gəlmişkən, Rusiya vətəndaşlarına da münasibəti məhz bu baxımdan müəyyən etmək lazımdır”.
O deyib ki, Rusiyada müdafiəyə ehtiyacı olan və təqiblərə məruz qalan insanlar qaçqın mexanizmləri vasitəsilə sivil dünyadan kömək almalıdır:
"Amma bu, təqib olunanlar üçün ola bilər. Avropada qalan Rusiya vətəndaşlarına, turizmlə, əyləncəylə və bizneslə məşğul olanlara şamil edilməməlidir. Siz terror dövləti üçün işləyə bilməzsiniz".