• 20 Aprel 2024
logo
Ukrayna Krımı geri almalıdır, yoxsa... - Volker

Ukrayna Krımı geri almalıdır, yoxsa... - Volker

Ukrayna Krım daxil olmaqla bütün işğal olunmuş əraziləri Rusiyadan geri almalıdır, əks halda Putin gələcəkdə təcavüzü təkrarlaya bilər.
Bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
"Belə bir fikir yarandı ki, Donbas Rusiyaya lazım deyil və ona görə də onu daha tez qaytarmaq olar, Krımın qaytarılması isə daha uzun çəkəcək. Amma indi müharibə bütün bu arqumentləri darmadağın etdi. Hər şey təhlükə altındadır. Putin imperiya iştahını itirməyəcək. Ona görə də indi hətta Krımı Rusiyanın əlində qoymaq çox risklidir”, - Volker bildirib.