• 16 Aprel 2024
logo
FTB Trampın evinə basqın etdi

FTB Trampın evinə basqın etdi

ABŞ Federal Təhqiqat Bürosu (FTB) keçmiş prezident Donald Trampın Florida ştatının Mar-a-Laqo bölgəsindəki evinə basqın edib.
Basqın zamanı Tramp Nyu Yorkda olub.
“Nyu York Tayms” qəzetinin məlumatına görə, FTB Trampın prezidentlik postunu tərk etdikdən sonra Ağ Evdən çıxardığı sənədləri axtarıb.
Tramp isə açıqlamasında baş vermiş insidenti basqın adlandırıb, lakin evində nəyin axtarıldığını və oradan nəyin götürüldüyünü açıqlamayıb.