• 28 Mart 2024
logo
Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Finlandiya və İsveçin NATO-ya üzvlük üçün ratifikasiya sənədini imzalayıb.
Bu barədə Britaniya XİN rəhbəri “Twitter“də bildirib.
O, sənədin qüvvəyə minməsi üçün onu Vaşinqtona təqdim edəcəklərini qeyd edib.
Liz Trass vurğulayıb ki, bu, tarixi məqamdır: “Finlandiya və İsveç NATO-nun ən yaxın tərəfdaşlarıdır. Hökumət ölkə daxilində və xaricdə təhlükəsizliyin və müdafiənin gücləndirilməsinə sadiqdir. Güclü NATO düşmənlərin qarşısını almaq və onlara qarşı müdafiə etmək qabiliyyətimizin əsasını təşkil edir”.
Nazir qeyd edib ki, hər iki ölkənin NATO-ya daxil olmaq qərarına ürəkdən dəstək nümayiş etdirmək lazımdır:
“Müttəfiqlərin İsveç və Finlandiyanı NATO-nun 5-ci Maddəsinin çətiri altına mümkün qədər tez gətirmələri zəruridir. Hər iki ölkənin qərarı potensial olaraq onları aqressiv Rusiyanın cavab riski qarşısında qoyur. Rusiya artıq İsveç və Finlandiyanın NATO-ya üzv olma ehtimalı ilə bağlı bir neçə hədələyici şərh verib”.
Liz Trass əlavə edib ki, Finlandiya və İsveçin Alyansa qoşulması üçün bütün müttəfiqlər protokolları ratifikasiya etməlidir. Nazir müttəfiqləri ratifikasiya prosesini mümkün qədər tez başa çatdırmağa çağırıb.