• 29 Mart 2024
logo
Çavuşoğlu: "İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”

Çavuşoğlu: "İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”

İsveç və Finlandiyadan Türkiyəyə gələn danışıqlar heyətlərinə onların terrorizmə verdiyi dəstəklə bağlı narahatlıqlarımızı və gözləntilərimizi əhatə edən konkret və sübutlardan ibarət sənəd təqdim etdik.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrail səfərlərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İsveç və Finlandiya Türkiyənin gözləntilərini qarşılamaq üçün bir iradə göstərdiyi halda, Ankara da eyni mexanizm çərçivəsində bu ölkələrin NATO-ya üzvlüyü ilə bağlı addımlar atacaq.
“Təbii ki, Ankaraya gələn nümayəndə heyətinin bir görüşdə “biz bunları edəcəyik” deməsi mümkün deyil. Aydındır ki, bunu öz hökumətlərinə aparıb məsləhətləşəcəklər. Biz bilirik ki, bu bir səfərdən sonra atılacaq addımlar deyil, amma tezliklə NATO-ya üzv olmaq istəyənlər onlardır. Bunu istəyirlərsə, gözlənilən addımları atmalıdırlar”, - deyə o bildirib.