• 13 Sentyabr 2026
logo
Ukraynalıların yarısı işsiz qalıb

Ukraynalıların yarısı işsiz qalıb

Müharibədən əvvəl işi olan ukraynalıların 50%-dən çoxu hazırda işsizdir. 22%-i isə həmişəki kimi işləməyə davam edir.
Ukrayna mətbuatının verdiyi məlumata görə, bu barədə keçirilən milli sorğunun nəticələrində deyilir.
Sorğuya əsasən, ukraynalıların yalnız 2%-i yeni iş tapıb. Müharibədən əvvəl işləyən ukraynalıların yarısı isə (53%) hazırda işsizdir. Həmçinin, 21% insan vəzifələrini uzaqdan və ya qismən yerinə yetirir. Respondentlərdən yalnız 22%-i həmişəki kimi işləyir.