• 13 Sentyabr 2026
logo
Anton Geraşenko: Ramzan Kadırov Ukraynaya gedib

Anton Geraşenko: Ramzan Kadırov Ukraynaya gedib

“Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya gəlib və İvankovodadır”.
Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Telegram kanalında məlumat verib.
O bildirir ki, Kadırov Ukraynada zirzəmidə gizlənib:
"Mənim Kadırovu Ukraynaya çağırmağım əbəs deyil. Amma biz belə danışmamışdıq, Ramzan, sən uzaq İvankovda zirzəmidə kəsəyən kimi oturmamalısan. Tanka minib Kiyevə hücum et".
Kadırovun Ukraynada olması ilə bağlı rəsmi məlumat yoxdur.