• 11 Sentyabr 2026
logo
Jirinovski komadan çıxıb

Jirinovski komadan çıxıb

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski komadan çıxıb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Jirinovskiyə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, Vladimir Jirinovski komadan ayılıb və artıq huşu özündədir.
"O artıq köməkçilərindən sənədlər alır", mənbə bildirib.
Xatırladaq ki, Vladimir Jirinovski COVID-19-a yoluxub, ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb və xəstəxanaya yerləşdirilib.