• 4 Sentyabr 2026
logo
Pakistanda məsciddə partlayışda 57 nəfər ölüb, 200 nəfər yaralanıb

Pakistanda məsciddə partlayışda 57 nəfər ölüb, 200 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanın Pişəvər şəhərində məsciddə cümə namazı zamanı partlayışda ölənlərin və yaralananların sayı artıb.
RİA Novosti xəbər verir ki, bombalı hücum zamanı ölənlərin sayı 57-yə, yaralı sayı isə 200-ə çatıb.
***
15:20

Pakistanda məsciddə partlayış törədilib.
“Anadolu”nun xəbərinə görə, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.
Pişəvərdəki şiələrə məxsus Kucha Risaldar məscidinə bombalı hücum olub. Nəticədə 45 nəfər ölüb, 65 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları çağırılıb.
Ölü sayının artması istisna edilmir, partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.