• 13 Sentyabr 2026
logo
Parisdə partlayış baş verib, yaralılar var

Parisdə partlayış baş verib, yaralılar var

Parisdə partlayış baş verib, yaralılar var.
"Bleu France" radiosunun verdiyi xəbərə görə, bu barədə Parisin yanğınsöndürmə departamenti məlumat yayıb.
Bildirilib ki, bu gün yerli vaxtla səhər saat 5:30 radələrində Aubervilliersdə (Seine-Saint-Denis) partlayış baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb, 15 nəfərin isə xəsarətləri yüngüldür.
Hadisə yerinə 150 yanğın söndürən cəlb olunub.
Partlayışın səbəbi məlum deyil.