Ermənistan hökuməti qapalı məkanlarda məcburi tibbi maska taxılması ilə bağlı qadağanı ləğv edib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin saytında dərc olunub.
Yalnız tibb müəssisələri istisna təşkil edəcək.
Dəyişiklik dərc olunduqdan 1 gün sonra qüvvəyə minəcək.