Son üç ildə Belarusda Ukrayna xüsusi xidmət orqanlarının 12 agenti və kadr əməkdaşının fəaliyyətinin qarşısı alınıb.
BelTA agentliyinin verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib. "Biz ad da çəkə bilərik. Biz o zaman güman edirdik, amma indi bu, artıq bəllidir. Rusiya ilə məşğul olmamışdan əvvəl Belarus adlanan eyvanı dağıtmaq lazım idi. Rusiya ilə döyüşməzdən əvvəl onlar bizim üzərimizdə təlim keçərdilər", - deyə Lukaşenko vurğulayıb.