• 24 Aprel 2024
logo
Gürcüstanın 4 naziri koronavirusa yoluxub

Gürcüstanın 4 naziri koronavirusa yoluxub

Gürcüstan hökumətinin 4 üzvündə koronavirusa yoluxma təsdiqlənib.
Məlumatı Gürcüstanın İctimai telekanalı yayıb.
Məlumata görə, müdafiə naziri Cuanşer Burçuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze koronavirusa yoluxub.
Koronavirusa yoluxan nazirlər hökumətin bugünkü iclasında iştirak etməyiblər.