• 16 Aprel 2024
logo
Almaniyanın yeni hökuməti üçpartiyalı koalisiya sazişini imzalayıb

Almaniyanın yeni hökuməti üçpartiyalı koalisiya sazişini imzalayıb

Almaniyanın yeni hökuməti üçpartiyalı koalisiya sazişini imzalayıb.
DW-nin verdiyi xəbərə görə, mərkəz-sol yönümlü Sosial Demokratlar Partiyası (SDP) Berlində Yaşıllar Partiyası və neo-liberal Azad Demokratlar (FDP) pariyası ilə koalisiya sazişi imzalayıb.
177 səhifəlik sənəd enerji, sosial, xarici və iqtisadi siyasətin müxtəlif aspektlərini əhatə edir. Almaniyanın yeni koalisiyası Rusiya ilə ABŞ arasında tərksilah və silahlara nəzarət üzrə strateji danışıqların davam etdiriləcəyinə ümid edir və hesab edir ki, Çin də bu danışıqlarda iştirak etməlidir.
Koalisiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin müddətinin uzadılmasına çağırış edir. Transatlantik alyansın mərkəzi sütun olduğu, NATO-nun isə Almaniyanın təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu vurğulanır.