• 24 Aprel 2024
logo
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb

ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb

Suriyanın Əl-Tənf qəsəbəsi yaxınlığında yerləşən ABŞ və Qərb koalisiyasının hərbi bazasına hücum edilib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, Suriyanın Homs əyalətində, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tənfdakı koalisiya bazasına yaxın əraziyə bir neçə zərbə endirilib.
Suriya televiziyası xəbər verir ki, bazanın içərisində bir neçə partlayış səsi eşidilib.