• 24 Aprel 2024
logo
İranda Xameneinin bannerinə od vuruldu

İranda Xameneinin bannerinə od vuruldu

İranın Tehran, Buşəhr, Həştgerd, Rəşt, İlam, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları bu gün də davam edib.
Baymedia.az xəbər verir ki, etirazlar zamanı “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlar səsləndirilib.
Buşəhr əyalətinin Ərdəkan-Yəzd avtomobil yolunda etirazçılar Xameneinin bannerinə od vurublar.
Bundan başqa, “Bəsic” qüvvələrinə mənsub məmurun evi yandırılıb.
Tehranda etirazçılar avtomobil yolunu bağlayaraq, “Qeyrətli iranlı, maşınını söndür” şüarı səsləndiriblər. Şəhərdəki gənclər cümə axşamı bütün ölkənin küçələrində etiraz aksiyalarına çağırıblar.
Paytaxt metrosunun “Teatr stansiyası”nın qarşısında polis etirazçılara atəş açıb.