• 23 Aprel 2024
logo
Türkiyənin ilk yerli qırıcısı bu tarixdə havaya qalxacaq

Türkiyənin ilk yerli qırıcısı bu tarixdə havaya qalxacaq

Türkiyənin istehsal etdiyi milli döyüş təyyarəsinin (MMU) ilk prototipi 2025-ci ildə havaya qalxacaq.

Baymedia.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir deyib.

O bildirib ki, təqvimdə dəyişiklik yoxdur:

“İstehsal başlanıb. Məqsədimiz quruda, dənizdə və havada dünyanın lider ölkələri sırasına daxil olmaqdır. MMU hazır olanda Türkiyə özünü aviasiya sahəsində ilk 5-likdə görə bilər”.