• 28 Mart 2024
logo
Altun: "Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük dəstəkçisi olacaq"

Altun: "Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük dəstəkçisi olacaq"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
Fahrettin Altun bu barədə "Twitter"də paylaşım edib.
“Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Türkiyə artıq qəlblərə həkk olunmuş "iki dövlət, bir millət" anlayışı ilə azərbaycanlı qardaşlarının müstəqilliyinin, sabitliyinin və işıqlı gələcəyinin hər zaman ən böyük dəstəkçisi olacaq”, - o bildirib.