• 29 Mart 2024
logo
Çelik: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təşkilata heç bir töhfə verməyəcək”

Çelik: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təşkilata heç bir töhfə verməyəcək”

Ölkə daxili və xaricində terrorla mübarizəmiz davam edir. NATO çərçivəsində bəzi müttəfiqlərimizin terror təşkilatlarına dəstək verilməsini prezidentimiz bir neçə dəfə dilə gətirib.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Türkiyə NATO-ya üzv olan və olmaq istəyən ölkələrin təşkilatın prinsiplərinə uyğun addımlar atmasını istəyir.
“Türkiyə heç bir zaman NATO-nun genişlənməsinə qarşı olmayıb. Bu İsveç və Finlandiya ilə də bağlı eynidir. Məsələ sadəcə bu ölkələrin terror təşkilatlarına dəstək vermələridir. Sabah əgər NATO-da müttəfiqlərimizdən biri İsveç və Finlandiya kimi terror təşkilatlarına dəstək verərsə, təşkilat içində bir konsensus ola bilməz, Türkiyə buna “veto” tətbiq edər. Terror təşkilatlarına dəstək verən ölkələrin NATO-ya üzv olmaqları təşkilatın təhlükəsizliyinə heç bir töhfə verməyəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə terror təşkilatlarına güclü mübarizə apardığı zaman, bəzi müttıfiqlərimiz Patriotlarını geri aldılar: “PKK/YPG-yə verilən dəstək siyasi baxımından qeyri-əxlaqi addımdır. Suriyada bizə İŞİD-in olduğu ərazilərdən yox, PKK/YPG olan ərazilərdən çıxmamızı istəyirlər”.