• 16 Sentyabr 2026
logo
Çavuşoğlu: “Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək”

Çavuşoğlu: “Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək”

Antalya Diplomatiya Forumuna sülh və sabitlik naminə qatılmışıq.
Bu barədə Forumun açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, dünya yeni xaosla qarşı-qarşıyadır.
“Avropa sabitlik axtarışındadır. Müharibələrin qarşısı alınmır, müharibələr bitmək bilmir. Dünyada bərabərsizlik daha da dərinləşir. Əməkdaşlığa ehtiyac var”, - nazir vurğulayıb.
Nazir qeyd edib ki, forum çərçivəsində Cənubi Qafqazdakı vəziyyətlə bərabər digər regional məsələlər müzakirə ediləcək.