• 20 Aprel 2024
logo
Çavuşoğlu “Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı qəbul edilən razılaşmanı təqdir edirik”

Çavuşoğlu “Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı qəbul edilən razılaşmanı təqdir edirik”

"İqtisadi Əməkdaşlıq Təşkilatını nəticə yönümlü bir struktura çevirmək üçün daha çox çalışmalıyıq”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında deyib.
İƏT Ticarət və İnkişaf Bankının dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu qeyd edən Çavuşoğlu, bankın institusional və maliyyə imkanlarını artırmasının əhəmiyyətini vurğulayıb və quruma üzv bütün ölkələrin bu banka da üzv olmağa dəvət edib.
M.Çavuşoğlu Sənaye İnkişafı üzrə BMT-nin Qlobal Dayanıqlı Enerji Mərkəzləri Şəbəkəsinin bir hissəsi olaraq Azərbaycanda İƏT-in Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı əldə olunan razılaşmanı məmuniyyətlə qarşıladıqlarını bildirib.