• 29 Noyabr 2021
logo
Şərqi Azərbaycanda tibbi avadanlıqlar çatışmır

Şərqi Azərbaycanda tibbi avadanlıqlar çatışmır

Şərqi Azərbaycan əyalətində tibbi avadanlıqların çatışmazlığı xəstələri çətin duruma salıb və onlar Tehrana getmək məcburiyyətində qalırlar.
Yerli mətbuatın verdiyi xəbərə görə Şərqi Azərbaycan əyalətində radioterapiya cihazı Təbrizin “Şəhid Mədəni” və “Vəliəsr” xəstəxanalarında mövcuddur. Onlardan biri isə işləmədiyi üçün xəstələr bunun üçün neçə aylıq növbələrə yazılmaq məcburiyyətindədirlər.
“Həkim xəstəmizə təcili radioterapiya lazim olduğunu deyib, lakin Mədəni xəstəxanasından bizə iki ay sonraya vaxt təyin elədilər.
Bu, xəstələrin vəziyyətinə laqeydlik bezdiricidir”-deyə, təbrizli xəstənin yaxınlarıdan biri bildirib.
İran Səhiyyə Nazirliyinin verdiyi rəsmi statistikaya görə, Şərqi Azərbaycan əyaləti xərçəng xəstəliyinə yoluxanların sayına görə ölkənin ilk 10 əyaləti sırasında yer alır.
Xəstə yaxınlarının dediyinə görə, buna baxmayaraq bu xəstəliklə mübarizə və xərçəngə yoluxanların müalicəsi üçün lazim olan avadanlıqların əyalət xəstəxanalarında mövcud olmaması başadüşülən deyil.
Onlar bununla yanaşı xərçəng xəstəliyinin müalicəsi sahəsində də həkim və mütəxəssis çatışmazlığından narazılıqlarını bildirir, əsas avadanlıq və mütəxəssislərin Tehran və başqa bir neçə böyük şəhərdə yerləşməsini ədalətsizlik adlandırırlar.
Qeyd edək ki, Şərqi Azərbaycan Əczaçılar Birliyinin başçısı Höccətullah Yəzdanşünas “azərəncümən” saytına verdiyi müsahibədə əyalətdə ağır xəstələrin dərman tapmadıqlarını, bunun üçün Tehrana getməli olduqlarını bildirib.
O, Şərqi Azərbaycanın səhiyyə müəssisələrinə xüsusi dərmanların idxalı üçün icazə verilmədiyini deyib.
Gunaz.tv