• 29 Mart 2024
logo
YAP və AKP Vətən müharibəsində qələbənin ildönümü ilə bağlı videokonfrans keçirib

YAP və AKP Vətən müharibəsində qələbənin ildönümü ilə bağlı videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən Qarabağ zəfərinin birinci ildönümü münasibətilə “Qarabağ Savaşı: Türkiyə-Azərbaycan qardaşlığının zəfəri” adlı videokonfrans keçirilib.
“Anadolu”nun verdiyi xəbərə görə, videokonfransda çıxış edən AKP-nin katibi Numan Kurtulmuş bildirib ki, Qarabağda qazanılan qələbə Azərbaycan və Türkiyə xalqları üçün uğurlu tarixi zəfərdir.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. N. Kurtulmuş əlavə edib ki, münasibətlər bundan sonra da inkişaf etdirilməlidir.
“Qarabağın işğalı və bundan sonra baş verən hadisələr bizə beynəlxalq ictimaiyyətin tərəfsiz olmadığını və dünyadakı böhranların, dondurulmuş münaqişələrin həllində nə qədər bacarıqsız və aciz olduğunu açıq şəkildə göstərdi. Qarabağ məsələsi dünyaya bir çox mesajlar verdi. Beynəlxalq ictimaiyyət özünə sərf etməyəndə ikili standartlardan çıxış edir, sülhü bərqərar edə bilmir”, - N. Kurtulmuş vurğulayıb.