• 12 Oktyabr 2026
logo
Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

Güney Azərbaycanın başkəndi Təbrizdə koronavirusun 5-ci dalğasının başlaması ilə əlaqədar karantin tədbirləri sərtləşdirilir.
Bu barədə Təbriz bələdiyyəsinin Koronavirusa Qarşı Mübarizə Mərkəzinin başçısı Məhəmməd Hüseyn Həsənzadə məlumat verib. Onun sözlərinə görə, COVİD-19-la mübarizə məqsədilə şəhərdə yeni karantin məhdudiyyətləri tətbiq olunacaq.
Məhəmməd Hüseyn Həsənzadə şəhər parklarının və gəzinti yerlərinin bağlandığını bildirib. O, sakinləri karantinq aydalarına əməl etməyə səsləyib.
M.H. Həsənzadə şəhər mərkəzində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulduğunu, qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərin nəqliyyata və ümumi yerlərə buraxılmayacaqlarını deyib.
Mərkəz rəhbəri yeni karantin şərtlərinin iki həftə davam edəcəyini, vəziyyət sabitləşmədiyi təqdirdə yeni tədbirlər görüləcəyini bildirib.
Qeyd edək ki, Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxma sayı və virusdan ölənlərlə bağlı barədə məlumatların gizlədilir.
Əyalət səviyyəsində yoluxma və ölüm hallarının çox olduğu bildirilir.
Xəstəxanalarda yeni xəstələrin qəbulunda problemlər yaranıb. Bir çox xəstələr koridorlarda oturacaqların üzərində gözləməli və sistem,müalicə qəbul etməli olurlar.
Vaksinasiya prosesinin həddindən artıq yavaş getməsidə yoluxma sayının çoxalmasında böyük rol oynayır.
Gunaz.tv