• 14 Oktyabr 2026
logo
Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

Güney azərbaycanlı gənc Əli Həmzəzadənin Antalyadan başlayan velosiped turu davam edir.
O, Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürkün məzarlarını ziyarət etdikdən sonra yoluna davam edib.
Antalyanın Akdeniz Universitetindən hüquq üzrə doktorant güneyli Əli Həmzəzadə 21 iyul tarixində “özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru veloyürüşə başlayıb.
O, avqustun 1-ə kimi 700 kilometrlik məsafə qət edərək Ankara şəhərinə çatıb. O,"Əsri" qəbristanlığına və Anıt Məzar Kompleksinə gedib.
Əli Həmzəzadənin bu yürüşdən məqsədi Güney Azərbaycanı tanıtmaq və ana dillərində təhsil hüququndan məhrum güneyli uşaqlara türkcə kitab nəşr etməkdən ibarətdir.
Ə.Həmzəzadə yol boyu Türkiyə, Gürcüstan və Azərbaycanın təbiət görüntülərindən ibarət sənədli film hazırlamağı düşünür. Onun məqsədi Azərbaycan və Türkiyə türklərinin qardaşlığını və birliyini göstərməkdir.
Güney Azərbaycanın Əhər şəhərindən olan gənc velosipedçi yürüş boyu Azərbaycanın, Türkiyənin və “Traxtur” klubunun bayraqlarını daşıyır.
Gunaz.tv