• 29 Mart 2024
logo
“Qarabağ” və “Qalatasaray”dan Bakıdakı oyunla bağlı paylaşım

“Qarabağ” və “Qalatasaray”dan Bakıdakı oyunla bağlı paylaşım

“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.

Baymedia.az xəbər verir ki, "köhlən atlar" rəsmi Feysbuk hesabında "Yoldaşlıq deyil, Qardaşlıq oyunu" yazıb.

Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.

“Aslanlar” daTvitter hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.