• 23 Aprel 2024
logo
Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır - Deputat

Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır - Deputat

Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır.
Baymedia.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.
Deputat qeyd edib ki, ölkədə zəruri dərmanları tapmaq çətindir:
“Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərdən də soruşduqda, “siz bizim dərdimizi başa düşmürsünüz”, deyirlər”.