• 19 Aprel 2024
logo
Bu günə qədər 992 dini qurum dövlət qeydiyyatına alınıb

Bu günə qədər 992 dini qurum dövlət qeydiyyatına alınıb

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib. Onun sözlərinə görə, Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 5251 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 108 adda dini ədəbiyyat ekspertizadan keçirilib. Hesabat dövründə 178 adda (259 100 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markası verilib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2022-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edən rektor Aqil Şirinov bildirib ki, təhsil müəssisəsində 272 tələbə təhsil alır. O deyib ki, İnstitut öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm verir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, hesabat dövrü ərzində Fond tərəfindən dini etiqad sahəsində işlər davam etdirilib, bir sıra İslam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilib.