• 14 Sentyabr 2026
logo
IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq, bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanıb.
Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.