• 28 Mart 2024
logo
Nazir müavini: “Müharibə veteranı” adının verilməsi məsələsi yaxın vaxtda öz həllini tapacaq”

Nazir müavini: “Müharibə veteranı” adının verilməsi məsələsi yaxın vaxtda öz həllini tapacaq”

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb. Siyahı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O qeyd edib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq: "Proses davam edir. Siyahılar hazırlanır. Zəfər altsistemi artıq aktivləşdirilib və istifadəyə verilib. Zəfər alt sistemində olan şəxslər özləri ilə bağlı məlumatlarla həmin altsistemdə tanış ola bilərlər".