• 20 Aprel 2024
logo
Bakıda göstəriciləri aşağı olan məktəblər açıqlanıb

Bakıda göstəriciləri aşağı olan məktəblər açıqlanıb

Təhsil İnstitutu məktəblərdə metodiki xidmətin təşkilinə başlayıb.
Bu barədə APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, bu, daha çox regionlarda olacaq, Bakıda isə bu işi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Dəstək mərkəzi görəcək: “Son iki həftə ərzində mən özüm də göstəriciləri bütün istiqamətlərdə qeyri-kafi olan 301 və 227 saylı məktəblərdə olmuşam. Məqsəd Təhsil İnstitutunun da dəstəyi ilə məktəbin inkişaf planının yaradılmasıdır. Məktəbin inkişaf planı həm şagird nailiyyətləri, həm müəllimlərin inkişafı, həm də ümumi idarəçiliyi, infrastrukturu ilə bağlı 4 istiqamətdə olacaq, koordinator kimi məktəbin bir neçə ən yaxşı müəllimi seçiləcək və onlar davamlı bizimlə əlaqədə olacaqlar”.