• 29 Mart 2024
logo
XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün məbləğ açıqlanıb

XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün məbləğ açıqlanıb

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbulla bağlı namizədlərin sınaq imtahanı üçün məbləğ müəyyənləşib.
DİM-in xəbərinə görə, sınaq imtahanı dekabrın 26-da keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir.
Sınaq imtahanına qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.
Qeyd edək ki, sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.