• 20 Aprel 2024
logo
Şəmkirdə fiziki məhdudiyyətli uşaqlar üçün tədbir keçirilib

Şəmkirdə fiziki məhdudiyyətli uşaqlar üçün tədbir keçirilib

Bu gün Şəmkirdə 3-dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
Baymedia.az xəbər verir ki, tədbir Şəmkir rayon mərkəzi parkında yerləşən Əyləncə Mərkəzində, Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Distant Təhsil Mərkəzinin fiziki məhdudiyyətli uşaqlarının iştirakı ilə baş tutub. Təşkilatçı Şəmkir rayon İcra Hakimiyyət, Rayon Təhsil Şöbəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzi olub.
Tədbirdə əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib və tədbir bədii hissə ilə davam edərək uşaqlara hədiyyələr təqdim edilib.