• 25 Aprel 2024
logo
Məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"ların satışı dayandırılır

Məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"ların satışı dayandırılır

"BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir: "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".