• 23 Aprel 2024
logo
Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqəsi gələn ilin sonuna hazır olacaq

Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqəsi gələn ilin sonuna hazır olacaq

Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq”.
Bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edilib, təməli qoyulub: ““Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq”.