• 6 Dekabr 2023
logo
“ABŞ-ın hərbi yardımları dayandırması sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır”

“ABŞ-ın hərbi yardımları dayandırması sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır”

“Ukraynanın ərazi bütövlüyünü qorumağa 62 milyard dollar yardım göstərən bir dövlət Rusiya ilə müharibədən əvvəl həmin vəsaiti versəydi, o ölkəni cənnətə çevirmək olardı”.
Baymedia.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib: “Əvəzində son 30 ildə Birləşmiş Ştatlar Ermənistana Azadlığa dəstək aktı çərçivəsində 3.3 milyard dollar kömək göstərib və beləliklə, işğalı stimullaşdırıb. ABŞ-ın hərbi yardımları dayandırması prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəmizi antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır. Beləliklə, Ermənistanın təhlükəsilziyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur-çünki önu öz imperiya oyunlarına alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistanı veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndinə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur”.