• 20 Aprel 2024
logo
Ordumuz irəlilədi: ermənilər yeni sistemlər yerləşdirirlər - Foto

Ordumuz irəlilədi: ermənilər yeni sistemlər yerləşdirirlər - Foto

2015-ci ildə “artsax”la (Xankəndidəki saxta, separatçı rejim nəzərdə tutulur – red.) Azərbaycan qoşunlarının “təmas xətti”ndə videomüşahidə sistemlərinin quraşdırılmasına başlananda burada dəqiq hesablamalar aparılmışdı. Daha sonra zamanla bu sistem kifayət qədər modernləşdirildi.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan qeyd edib.
T.Abramyan parlamentdə müzakirə zamanı Qarabağda bu sistemin təkmilləşdirilməsini təklif edib:
“Bu sistem hazırda bizdə var, amma ondan kifayət qədər yararlanmaq olmadı, istifadə edilmədi. Sistemin tətbiqində səmərəliliyin artırılması, nəzarət funksiyasının lazımi səviyyəyə çatdırılması baxımından görüləsi işlər çoxdur.
Mövcud resurslardan və vəsaitlərdən məqsədəuyğun, düzgün istifadə edilərsə, insan və ərazi itkilərini minimuma endirmək mümkün olacaq”.
Qeyd edək ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisində “artsax” və “təmas xətti” anlayışları yoxdur. Dünyada heç bir dövlət, hətta Ermənistan da bu oyuncaq rejimi tanımır.
Xatırladaq ki, Azərbaycan Ordusu Xankəndiyə qanunsuz silah daşınması üçün istifadə edilən Xankəndi-Turşsu-Xəlfəli yolunda lokal nəzarət tədbirləri görüb. Ordumuzun bu addımı separatçılar arasında təşvişi artırıb.