• 25 Aprel 2024
logo
ATƏT-dən səfirliyimizə edilən hücuma - Reaksiya

ATƏT-dən səfirliyimizə edilən hücuma - Reaksiya

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyirəm.

Baymedia.az xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid Tvitterdə yazıb.

"Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - baş katib bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.