• 28 Mart 2024
logo
Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı

Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalanıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdulməcid Təbbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.
“Bu gün iki sənəd imzaladıq. Bunlar iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında və iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənədlərdir”, - XİN başçısı vurğulayıb.