Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilir.
Tədbirdə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Şahin Mustafayevin və Komissiyanın İran tərəfindən həmsədri, həmin ölkənin yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İclasda ölkələr arasında qarşılıqlı maraq doğuran əsas əməkdaşlıq istiqamətləri müzakirə olunur.