• 26 Aprel 2024
logo
Naxçıvana avtobusların hərəkəti dayandırılıb? - Açıqlama

Naxçıvana avtobusların hərəkəti dayandırılıb? - Açıqlama

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.
Baymedia.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələr fonunda Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb.