“Bu qanun AQTA-ya yeni səlahiyyətlər vermir, hazırda həyata keçirdiyimiz səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı AQTA-nın sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, qida təhlükəsizliyinə nəzarətə son məhsulun leyfiyyətinə nəzarət kimi baxlır: “Amma qanun qəbul olunandan sonra məhsulun bütün dövrlərində nəzarət həyata keçiriləcək. Qanunda ən əsas məqam yem təhlükəsizliyi məsələsidir. Bundan öncə qida məhsulları üzərində dövlət nəzarəti və sonra yem üzərində nəzarət və qydiyyat məsələlərinə baxılırdı. Amma artıq qanun heyvan yemində olan məhsullara da bütövlükdə nəzarəti həyata keçirmək imkanı verəcək. Eyni zamanda qida məhsullarının izlənməsi ilə bağlı məsələ də var. Bu məsələdə çox ciddi nəticə əldə edəcəyik. Artıq hər hansı qidanın təhlükəsizliyində hər hansı problem baş verərsə, izləmə prosesi nəticəsində problemin ilk mənbəyinə çıxa biləcəyik”.