• 16 Sentyabr 2026
logo
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə məlumatda zəlzələnin 4,4 bal gücündə baş verdiyi qeyd olunub.
Bildirilib ki, yeraltı təkanların episentri Gürcüstan-Azərbaycan sərhədindən 30 km məsafədə, Azərbaycan ərazisində yerləşib.
***
15:01

Azərbaycanda zəlzələ olub.
APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığı ilkin məlumata görə, zəlzələ Zaqatala, Qax və Balakəndə qeydə alınıb.
Yeraltı təkanlar təqribən 14:30 radələrində baş verib.