• 8 Noyabr 2026
logo
Samux sakinindən 4 kq narkotik götürülüb

Samux sakinindən 4 kq narkotik götürülüb

Samux rayon sakinindən narkorik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun yardımçı təsərrüfatından 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.