• 24 Aprel 2024
logo
Əhalinin banklardakı əmanətləri 27 faiz artdı

Əhalinin banklardakı əmanətləri 27 faiz artdı

Bu ilin yanvar ayının 1-i tarixinə Azərbaycanda əhalinin əmanətləri 11 743,0 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz çoxdur.
Baymedia.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Bildirilir ki, 2022-ci ilin noyabr ayı ilə müqayisədə dekabrda əmanətlərin həcmi 154,4 milyon manat, yəni 1,3 faiz artıb.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar ayının 1-nə əmanətlərin həcmi 9 241,5 milyon olub.