• 20 Aprel 2024
logo
Bu ölkələr Bakıdan qazı artırmağı xahiş edir

Bu ölkələr Bakıdan qazı artırmağı xahiş edir

Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz şəbəkəsi operatorları Azərbaycanın vəd etdiyi əlavə təbii qazı Avropaya tədarük etməyi təklif ediblər.
Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” Bolqarıstan Prezidenti Rumen Radevə istinadən məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə çıxış edən Radev bildirib ki, AB-nin dörd ölkəsi Azərbaycan qazının Avropaya daha sürətli çatdırılması üçün öz şəbəkələrini təklif edib. Avropa Komissiyası iyul ayında Azərbaycanla anlaşma memorandumu imzalayıb ki, bu da 2027-ci ilə qədər Azərbaycanın təbii qaz idxalını iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutur”, - məlumatda deyilir.
Radev bildirib ki, Azərbaycan Bolqarıstan üçün arzu olunan, etibarlı və prioritet tərəfdaşa çevrilib.
Bolqarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində vurğulayıb ki, Bakıya tərəfdaşları naminə indi tez hərəkət etmək həmişəkindən daha vacibdir.
Azərbaycanın lideri bolqarıstanlı həmkarı ilə danışıqlarının əsas mövzusunun enerji təhlükəsizliyi olduğunu əlavə edib və qeyd edib ki, Bolqarıstana təbii qaz nəqlinin artırılması ilə bağlı rəsmi müraciət alıb:
“Bakıya qayıtdıqdan sonra bu məsələ müzakirə olunacaq”.