• 14 Sentyabr 2026
logo
Taleh Ziyadov: "Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa yoldur"

Taleh Ziyadov: "Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa yoldur"

Zəngəzur dəhlizi Yaxın Şərq və Aralıq dənizi regionları arasında ən qısa yoldur.
Bu barədə "Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2" layihəsinin bağlanış mərasimində çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin inkişafı mövzusu torpaqlar işğaldan azad olduqdan sonra aktuallaşıb. Bu istiqamət Şərq-Qərb dəhlizinə yol açacaq və yüklərin Aralıq dənizinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
T. Ziyadov onu da əlavə edib ki, bu kontekstdə Bakı Limanı da mühüm rol oynayacaq.