• 28 Mart 2024
logo
Azərbaycanda geniş pul kütləsinin həcmi tarixi maksimuma çatıb

Azərbaycanda geniş pul kütləsinin həcmi tarixi maksimuma çatıb

Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib. Bu, yeni tarixi maksimumdur.
Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 4,9%, ötən ilin əvvəlindən isə 18,7% artıb.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi həcmi 7,4% artacaq.
Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.