• 29 Mart 2024
logo
Türkiyə İğdır-Naxçıvan qaz kəmərinə xərcləyəcək məbləği açıqlayıb

Türkiyə İğdır-Naxçıvan qaz kəmərinə xərcləyəcək məbləği açıqlayıb

Türkiyə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi çərçivəsində layihəyə 185 mln. lira (13,7 mln. ABŞ dolları, 1 dollar – 13,5031 lira) xərcləməyi nəzərdə tutur.
"Sabah"ın verdiyi məlumata görə, bu il Türkiyə tərəfi kəmərin tikintisinə 100 mln. lira (7,4 mln. dolardan çox) sərf edəcək, ümumi məbləğin qalan hissəsi 2023-cü ildə xərclənəcək.
Qeyd olunur ki, uzunluğu 92 km olacaq və ildə 500 mln. kubmetr qaz nəql edəcək qaz kəmərinin tikintisinə bu il start veriləcək.
Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla mübadilə əməliyyatları əsasında həyata keçirilir.